KOLLEKSİYALAR

ELANLAR

12.07.2018

Mərkəzi Nəbatat Bağında IV “Fizika və lirika” konfransı çərçivəsində elmi-ədəbi gecə keçiriləcək

İyulun 17-də saat 10:00-da AMEA-nın Mərkəzi Nəbatat Bağında IV “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçiriləcək.

__________________________________________

PUBLİSİSTİK MƏQALƏ

22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür

22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür. Bu barədə qərar 20 dekabr 2000-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün 2018-ci ildəki şüarı “Biomüxtəliflik və 25 illik fəaliyyət”dir. Qeyd edək ki, 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul olunub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb. davamı>>>

XƏBƏRLƏR

20.06.2018

AMEA Mərkəzi Nəbatat Bağının alimləri AzTV-nin qonağı olub

AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, Gənc alimlər şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Azərbaycan televisiyasının Səhər programının qonağı olub. Verilişdə Azərbaycanın endemik və ekzotik bitkiləri, xaricdən Nəbatat Bağına bitki introduksiyası, Bitkilərlə insanlar arasında əlaqə, maarifləndirmə, gənc alimlərin beynəlxalq fəaliyyəti haqqında danışılıb. video>>>

___________________________________________________________ 17.07.2018

Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib

yulun 17-də AMEA Mərkəzi Nəbatat Bağında dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib. Əvvəlcə konfrans iştirakçıları Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunmuş AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə yağlı boya, sulu boya, linoqravüra və kompüter qrafikası kimi fərqli texnikalarda işlənmiş müxtəlif mövzu dairəsinə malik 26 əsər nümayiş etdirilib. davamı>>>

___________________________________________________________
  • VİRTUAL GƏZİNTİ

  • BAĞIN YARANMASI

  • ZƏFƏRAN

FOTOQALEREYA