"Qızılgüllər katalogu" kitabının II nəşri çapdan çıxıb

05.01.2018

Mərkəzi Nəbatat Bağının Qızılgüllər katalogunun 172 səhifəlik II nəşri çapdan çıxmışdır. Kitabın müəllifləri b.f.ü.d. A.T. İsgəndərov, b.ü.f.d. O.O. Qafarova, R.Ə. Əliyev, b.ü.f.d. V.S. Fərzəliyevdir.

Kataloga Nəbatat Bağına introduksiya olunmuş və seleksiya üsulu ilə yetişdirilmiş ən yaxşı qızıllgül sortları və hibridləri daxil edilmişdir. Həmçinin kitabda Qızılgüllərin təsnifatı və bağ qruplarının xarakteristikası, onların becarilməsi kimi mövzularda geniş məlumat verilmişdir.

Kitabın çap olunmasında məqsəd ölkəmizdə ilk dəfə olaraq Rosa L. cinsinin elmi əsaslarla öyrənilməsi, qızılgüllərin introduskiyası, seleksiyası və kolleksiya genefondunun yaradılması istiqamətində aparılan tədqiqatların nəticələrini geniş oxucu auditoriyasına çatdırmaqdır.

Kitab botaniklər introduktorlar, həvəskar gülçülər, bağbanlar, aqronomlar, yaşıllaşdırmada və landşaft memarlığı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur